Zərdab sakininin evindən 15 000 ABŞ dolları və qızıl əşyalar oğurlanıb

Zərdab. 9 noyabr. REPORT.AZ/  Zərdab rayonunda evdən külli miqdarda pul və qızıl əşylar oğurlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Şaiq Əmiraslanova məxsus evdən  naməlum şəxslər 15 000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən həmyerlisi Niyaz Davudov tutulub.  

Məlum olub ki, oğurluqla məşğul olan qrup 3 nəfərdən ibarətdir və qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər