Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.