Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib

Üç yaşlı Zəhra Bağırovanın oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, şübhəli qismində saxlanılan Tərgül Nəzərova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Bağırova iyunun 4-də itkin düşüb, iyunun 6-da isə tapılıb.

Digər xəbərlər