Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb

Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39