Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər - Zaqatala rayon sakinləri: 1957-ci il təvəllüdlü Məmmədova Fatma Abdulla qızı, 1994-cü il təvəllüdlü İsmayıllı Natəvan Namiq qızı və Balakən rayon sakini, 1992-ci il təvəllüdlü Akkubayev Rahil Nəbiyulla oğludur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.