​Zaqatalada üç qardaş göbələkdən zəhərlənib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Zaqatala rayonu, Əliabad kəndinin üç sakini göbələkdən zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həmin kənddə yaşayan Fəqan Mirzəbəyov, Məhəmməd Mirzəbəyov və qardaşları Seymur qidadan (göbələkdən) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 16 aprel, 2026 / 09:30
Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43