Zaqatalada tülkü kəndə hücum edib, təsərrüfatlara ziyan vurub - FOTO

Zaqatala. 15 iyul. REPORT.AZ/ Zaqatalada tülkü kəndə hücum edib.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə gecə satlarında Aşağı Tala kəndində baş verib. 

Belə ki, tülkü kənd sakini Elnur Musayevə məsus evin həyətindəki hində 7 hindquşu,15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb. Bundan sonra ev sahibi tələ qurub və axşam hinin yaxınlığında tülkünü tutub.

Sakinlər indiyədək tülkülərin Aşağı Talada yüzə yaxın toyuq-cücəni məhv etdiyini, kənddə vəhşi heyvanlar, sahibsiz itlərin artmasından narahat olduqlarını bildiriblər. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47