Zaqatalada qadını avtomobil vuraraq öldürüb

Zaqatalada qadını avtomobil vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Şamama Şabanovanı "VAZ-2107" markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48