Zaqatalada məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb - FOTO

Zaqatala. 7 fevral. REPORT.AZ/ Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33