Zaqatalada koronavirus xəstəsi mağazada aşkarlanıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Zaqatala şəhər sakini Ömər Aşdıyevə ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb.

Lakin o, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Mağazada aşkarlanan Ö.Aşdıyev polis əməkdaşları tərəfindən evinə geri qaytarılıb.

Həmin şəxs barəsində Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26