Bakı. 27 aprel. REPORT.AZ/ Zaqatalada 2 yaşlı uşaq üstünə qaynar su tökülməsi nəticəsində ciddi xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Zaqatala rayonunun Danaçı kəndində baş verib.
Qudyakovalar ailəsinin övladı 2 yaşlı Aysu Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı məlum olub ki, yaşadığı evdə balaca qızın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb.
Reanimasiya şöbəsinə yerləşdırılən Aysuya 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.
Hazırda xəstəxanada müalicə olunan Aysunun vəziyyəti ağır qiymətləndirilir.