Zaqatalada fərdi yaşayış evində yanğın olub

Bakı. 21 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,vətəndaşa məxsus ümümi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24