Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.

Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada - 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29