Zaqatalada avtomobil aşması nəticəsində bir nəfər ölüb.
"Report" xəbər verir ki, Osmanov Əli Osman oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Muxax kəndi ərazisində avtomobilini aşırıb. Nəticədə aldığı xəsarətlərdən sürücü ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.