Zabratda yolu keçmək istəyən iki qadını maşın vurub

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki qadını avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

Zabrat dairəsi kimi tanınan ərazidən keçən 1979-cu il təvəllüdlü Tanrıverdiyeva Mətanət Mehdiqulu qızı və 1975-ci il təvəllüdlü Bağırova Fatma Ramiz qızını minik avtomobili vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47