Zabratda yağışın fəsadları aradan qaldırılır

Sabunçu rayonunun Zabrat qəsəbəsində yağışın fəsadları aradan qaldırılır.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rəhbərliyi ilə işlər aparılır.

Bildirilib ki, ərazidə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-in monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.

Beləliklə, intensiv yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05