Zabratda qonaq öz xalası oğlunu bıçaqlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsinin Yeni Məhəllə ünvanında yaşayan 1986-ci il təvəllüdlü Abdullayev Nicat Mikayıl oğlu evdə şəxsi münasibətlər zəminində xalası oğlu ilə mübahisə edib.

Nəticədə tərəflər arasında dava düşüb və N.Abdullayev bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47