Zabratda gənc oğlan bıçaqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Eyvazzadə Tural Qənbər oğlu tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Digər xəbərlər