Zabratda avtomobil 26 yaşlı gənci vuraraq xəsarət yetirib

Paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil 1993-cü il təvəllüdlü Səlbi Niftəliyevi vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəbərlər