Zabratda 58 yaşlı kişini elektrik cərəyanı vurub 

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, 1965-ci il təvəllüdlü Quliyev Arif Hüseyn oğlu elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub.

Ağır bədən xəsarətləri alan 58 yaşlı kişi təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və reabilitasiya şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37