Zabratda 43 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Ramazanov Ramin Mais oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud çanağının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56