Yük daşıyan maşınlar toqquşdu, qarpızlar yola dağıldı

Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

“Report” xəbər verir ki, qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb.

Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39