Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz", "Volvo", "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49