Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, iyulun 27-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.