Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlax. 23 iyun. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48