Yevlaxda yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB

Yevlax - Bəhrəmtəpə - "Stansiya Mingəçevir" avtomobil yolunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, avtomobil yolunun "VAZ-2106" markalı avtomobil qəzaya uğrayıb.

Nəticədə sürücü, Yevlax rayon Aran qəsəbə sakini, 1961-ci il təvəllüdlü Sultan Baxşəliyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***19:40

Yevlax ərazisində avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun Mingəçevir stansiyası yaxınlığından keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36