Mingəçevirdə traktor aşıb, ölən və xəsarət alan var

Mingəçevir şəhərində traktorun aşması ölümlə nəticələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər ərazisində traktorun aşması nəticəsində Mingəçevir şəhər sakini 1993-cü il təvəllüdlü F.Mustafayev aldığı xəsarətdən hadisə yerində keçinib.

Xəsarət alan 1988-ci il təvəllüdlü N.Bəkirovdur. O, Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08