Bakı. 6 oktyabr. REPORT.AZ/ Yevlax rayonu, İsmayılabad kəndində Şor kanalında batan şəxsin cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən xəbərə görə, 2012-ci il təvəllüdlü Ayxan Əbülfət oğlu Əkbərovun axtarışları başa çatıb.
Xilasedicilər A.Əkbərovun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.