Yevlax. 1 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Yevlax-Bərdə yolunun Yevlax ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1969-cu il təvəllüdlü İlkin Bəndalı oğlu Məmmədov sərxoş halda idarə etdiyi motosikleti aşırıb.
Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.