Yevlaxda qadını avtomobil vurub 

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yevlax şəhərində, 2 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Şəfa Quliyevanı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan gənc qadın xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər