Yevlax rayonunda baş verən ağır yol nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə,
Hadisə nəticəsində "Mercedes"də olan Yevlax rayon sakinləri - 1988-ci il təvəllüdlü Firudin Babayev və 1989-cu il təvəllüdlü Aygün Babayeva xəsarət alıblar. Onların ər arvad olduğu bildirilir.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
*** 12:19
Yevlax rayonunda ağır yol-nqəliiyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.