Yevlaxda iki avtomobil toqquşub

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aran qəsəbəsində körpü üzərindən keçən iki avtomobilin toqquşması nəticəsində, maşınlardan birinin sürücüsü, 1959-cu il təvəllüdlü Bərdə şəhər sakini Şıxəli Rzayev müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48