Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb

Yevlaxda dəm qazından zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib.

"Report"un məlumatına görə, Yevlax rayon Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü F.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47