Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların kimlikləri bəlli olub.

"Report" xəbər verir ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Xaliq Əliyev və 1991-ci il təvəllüdlü Xəqan Piriyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

23:56

Yevlaxda avtomobil idarəetmədən çıxaraq aşıb.

"Report"un məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax ərazisində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41