Yevlaxda avtomobil ağaca çırpıldı, xəsarət alan var

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Yevlax-Bərdə avtomobil yolunda qeydə alınıb. 

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü, sürücü Hətəm İsayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41