Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olan İmişli rayon sakinləri, 1995-ci il təvəllüdlü Xəlilov Habil Rəsul oğlu və onun qohumu 1994-cü il təvəllüdlü Yüsif Xəlilov xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılıb. 

Digər avtomobildə xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54