AQTA Yevlaxda gənc qızın qida zəhərlənməsi şübhəsi ilə ölümünü nəzarətə götürüb - YENİLƏNİB-2

Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.

"Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, iyulun 28-də saat 17:30 radələrində Yevlax şəhəri, Salatın Ə. küçəsinə çağırış əsasında təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən bir qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

Müxbir: Sevil Seymur

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:

"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Müxbir: Sevil Seymur

Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər