​Yevlaxda fərdi yaşayış evində yanğın baş verib

Bakı. 21 dekabr. REPORT.AZ/ Yevlaxda rayon mərkəzindən 17 km məsafədə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Aran qəsəbəsində vətəndaşa məxsus 5 otaqlı evin tavanı və çardağının yanar konstruksiyaları yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər