Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 11-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon Polis idarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Digər xəbərlər