Yeniyetmənin ölümü ilə bağlı araşdırmalara başlanıldı

Gəncədə yeniyetmənin dəm qazından zəhərlənərək ölüməsi ilə bağlı araşdırmalara başlanılıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Xəyal Əkbərov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Onu hamamda huşsuz vəziyyətdə anası aşkarlayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər