Yasamalda yolu keçən qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Əliyeva Sevil Nəcəf qızını avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47