Yasamal rayonu ərazisindəki oyun zallarının birindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının birgə əməliyyat keçirib.
Əəməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki oyun zallarının birindən 2 400 manat dəyərində 5 ədəd televizor, noutbuk və toster oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Abdullayev saxlanılıb.