Yasamalda orta yaşlı kişini avtomobil vurub

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Muradxanov Aygün Oqtay oğlu Şərifzadə küçəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47