Yasamalda motosikletçini avtomobil vurub

Bakının Yasamal rayonunda motosikletçini avtomobil vurub.

“Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Osmanov Sahil Aslan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18