Yasamalda gənc qızı evinin yanında avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yaşadığı evin yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Mansurova Xəyalə Xəqani qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38