Yasamalda fərdi yaşayış evinin həyətində tank əleyhinə mina tapılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda fərdi yaşayış evinin həyətində tank əleyhinə mina tapılıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Partlayıcı maddə Yeni Yasamal 1, ev 5 ünvanında aşkarlanıb. Ev sahibi partlayıcı mina barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verib. Hazırda FHN-in xilasediciləri aşkar edilən tank minasının zərərsizləşdirilməsi istiqamətində iş aparır. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54