Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb

Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov paytaxtın Tbilisi prospektində idarə etdiyi skuterdən yıxılıb.

Müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən H.Xəlilov orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47