Yasamalda 22 yaşlı gənc bıçaqlanıb

Bakı. 12 may. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Tbilisi prospektində 1995-ci il təvəllüdlü Əhmədov Mahir Əhməd oğlu naməlum şəxs və ya şəxslər tərəfindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdərəsində araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48