Yasamal rayonunda quldurluq edən şəxslər saxlanılıb

Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Yasamal rayonunda quldurluq edən şəxslər saxlanılıb. Yasamal rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, rayon sakini Vasif Hüseynova qarşı quldurluq edən Zərdab rayon sakini Nurəddin Məmmədov və Bərdə rayon sakini Əbülfət Əliyev tutulub.

Cinayətlə bağlı Yasamal RPİ və 29-cu polis bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin paytaxt ərazisində başqa cinayətlər edib-etmədiklərinə isə istintaq aydınlıq gətirəcək.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38