Yardımlıda qadın qətlə yetirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Yardımlı rayonunda qadın qətlə yetirilib.

“Report”un məlumatına görə, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54